Kitab Tutan Balaca Əllər

“Kitab tutan balaca əllər” layihəsi Türkiyə Respublikası Baş Nazirlik Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA), Gəncliyə Yardım Fondu və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində reallaşıb.

Layihə çərçivəsində Türkiyənin tanınmış uşaq ədəbiyyatı yazarlarının Azərbaycan türkcəsinə uyğunlaşdırılmış, tarixi şəxsiyyətlərimizə həsr olunmuş bir-birindən maraqlı 30 mindən çox kitabı orta məktəb şagirdlərinə paylanıb.

Layihə çərçivəsində məktəblilərə Hayati Bicenin “Yəsəvi atadan hekayələr”, Firdevs Kapusızoğlunun “Çitləmbikin macəraları”, “Xəyal” Əziz Sultanovun “Qardaşlıq Dastanı Nuri Paşa və Seyid Yəhya Bakuvi”, Veysel Akkayanın “Mövlana Cəlaləddin Rumi”, Əyyub Sultan “Əziz Mahmud Hüdayi”, Mustafa Tatcı və Sevda Urfanın “Azərbaycan müdrikləri” adlı kitabları hədiyyə verilib.

Loading