Müsabiqə

📣 Əziz uşaqlar, uşaqkitabi.az saytı müsabiqə elan edir: 

📍 Uşaqkitabi.az – http://usaqkitabi.az/ saytına daxil olaraq bir-birindən maraqlı onlarla kitablardan birini seçib oxuyun. Daha sonra həmin kitabın məzmumu videoya çəkib bizə göndərin. “Kitabın İşığın Olsun” müsabiqəsində iştirak edin və dəyərli hədiyyələr qazanın.

 I yer – 200 AZN
 II yer – 150 AZN
 III yer – 100 AZN
 🖇Əlavə fərqlənmiş yeddi iştirakçıya isə 50 AZN

🔔 Müsabiqənin şərtləri:

📌 Müsabiqəmizdə 8-12 yaş arası bütün uşaqlar iştirak edə bilər.
📌 Saytımızdan seçilib oxunan bütün kitablar heç bir qeydə baxılmadan səlis bir şəkildə danışılmalıdır.
📌 Videonun müddəti maksimum 3 dəqiqədən artıq olmamalıdır.
📌 Kitabın məzmunundan əvvəl ad, soyad, yaşınızı və oxuduğunuz məktəbi qeyd etməyi unutmayın.
📌 Videolarınızı ən son 15 fevral 2020-ci il tarixinədək aşağıdakı whatsapp nömrəsinə (055 618 80 64) və elektron poçt ünvanımıza (usaqkitabi.az@gmil.com) göndərin.

🖇 Müsabiqəmiz iki mərhələdən ibarətdir. Birinci mərhələdə bizə göndərilən bütün videolar sosial şəbəkələrimizdə paylaşılaraq ən çox izlənmə və bəyənmə alan videoalar ikinci mərhələdə iştirak etmə haqqı qazanacaqdır. İkinci mərhələdə isə münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunacaqdır.

Əziz dostlar, kitablar xəzinədir. Oxuyun ki, qazanasınız.

Loading