Hər tərəf Allah tərəfindən rəngbərəng çiçəklərlə bəzənmişdi. Üftadə həzrətləri bir ağacın kölgəsində oturanda tələbələri də şeyxlərinə gül-çiçək toplamaq üçün sanki yarışırlar. Hamı hədiyyəsini verir, Üftadə həzrətləri məmnun olur. Ən axırda Əziz Mahmud Hüdayi həzrətləri əlində saplağı qırıq bir çiçəklə gəlir. Hədiyyəsini şeyxinə verəndə Üftadə həzrətləri soruşur:
– Övladım, yoldaşların dəstə-dəstə çiçək gətirdilər, sənin bizə layiq gördüyün budur?
– Əfəndimə nə hədiyyə etsəm, yenə azdır. Amma toplamaq üçün hansı çiçəyə yaxınlaşsam, Allahı zikr etdiyini, Allahı andığını eşidərək onu qoparmaq istəmədim. Amma gətirdiyim bu çiçəyin saplağı qırıq olduğu üçün əvvəlki kimi Allahı zikr edə bilmirdi.
Kitabın flaş versiyası PDF Endir..