Mənim balaca dostlarım!..
Siz elə bilirsiniz ki, burada yazılanların hamısı ancaq hekayələrdən ibarətdir və Çitləmbik ilə Sarıncaq baba da hekayələrin qəhrəmanlarıdır. Amma sizə bir sirri açmalıyam, yaxşı qulaq asın:
Sarıncaq baba, əslində, neçə illər əvvəl, həqiqətən də, yaşayıb. Əsl adını unutduğunu deyir, amma mən onun əsl adının nə olduğunu bilirəm: Sarı Saltuk. Bəli, ənun əsil adı Sarı Saltuk idi. O, çox cəsur və qorxubilməz bir qəhrəman idi. Bundan başqa, bizim Molla Nəsrəddin ilə də dostluğu var idi. Şəhər-şəhər, ölkə-ölkə gəzərək insanlara yaxşılığı, doğruluğu, gözəllikləri danışardı. Hamımız Molla Nəsrəddini tanıyırıq, amma Sarı Saltukdan xəbərimiz yoxdur. Buna görə onu yaşadığı dövrdən çıxarıb bu günümüzə çağırdım.
Baxaq görək, yaxşı etmişikmi?!
Oxuduqdan sonra mənə də deyin, olarmı?
Kitabın flaş versiyası PDF Endir..