Bizans kralının qızı sağalmaz bir xəstəliyə tutulur. Həkimlər çarə tapa bilmirlər. Artıq bütün ümidlərin tükəndiyi bir vaxtda xəstə qız yuxuda ağ saqqallı, nurlu simalı bir kişi görür. Kişi sağalmaq üçün qıza, qalanın qarşısındakı qəbrinin aşağı tərəfində bir quyu qazdırmasını, həmin quyudan çıxan suyu içməsini və o su ilə yuyunmasını məsləhət görür. Qız yuxusunu atasına danışır və qəbrin yerini ona göstərir. Həmin şəxs Əyyub Sultan həzrətləriymiş. Xristian olmasına baxmayaraq çarəsiz qalan kral deyilənləri edir. Yuxuda gördüyü məsləhətlərə qulaq asan qız sağalır.
Artıq kral da Əyyub Sultan həzrətlərinə hörmətlə yanaşmağa başlayır. Onun qəbrini təmir etdirir, üzərində məqbərə tikdirir və bir əsgəri də oraya keşikçi kimi yerləşdirir. Qızın sağaldığını eşidən xristianlar da qəbri ziyarət etməyə başlayırlar. Bizanslılar əsrlər boyu Əyyub Sultan həzrətlərinin qəbrini etina ilə qorudular. Bizanslıların hakim olduğu son əsrlərdə, İstanbulun latınlar tərəfindən istila edilməsindən sonra qəbrin yeri itdi. Amma sonra yenidən aşkar edildi. Necə aşkar edildiyini isə bu kitabdan öyrənərik.
Kitabın flaş versiyası PDF Endir..