Kitabın İşığın Olsun

“Kitabın İşığın Olsun” layihəsi Türkiyə Respublikası Baş Nazirlik Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA), Gəncliyə Yardım Fondu və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində reallaşıb.

Layihə çərçivəsində Türkiyənin tanınmış uşaq ədəbiyyatı yazarlarının Azərbaycan türkcəsinə uyğunlaşdırılmış, tarixi şəxsiyyətlərimizə həsr olunmuş bir-birindən maraqlı 30 mindən çox kitabı orta məktəb şagirdlərinə paylanıb.

layihə çərçivəsində məktəblilərə Yavuz Bahadıroğlunun ‎‎“Fədakarlıq”, “Dostluq”, “Çalışqanlıq”, “Həmrəylik”, “Dürüstlük”, Vural Kayanın ‎‎“Sevimli Peyğəmbərim”, Bəstami Yazqanın “Qəlbini İtirən Adam”, “Xoşbəxtliyin ‎Sirri”, Əziz Sultanovun “Bakıdakı Son Osmanlı” “Qarışqa adam” adlı kitabları ‎hədiyyə verilib.‎

Loading