Üç qardaş həyəcanla işə başlayır. Yeddi aydan sonra Yunus babanı evə dəvət edirlər. Yorğun, amma sevincli halda:
– Gecə-gündüz demədən bütün kitabları oxuduq. Hər rəfdəki kitabların ana fikrini öyrəndik. Bundan sonrası sizə qalıb, – deyirlər.
Yunus baba iyirmi bir cümləni bir-bir oxuduqdan sonra yenə dərin fikrə dalır. Nəhayət, nurani üzündə tapmacanın həllini tapdığı oxunmuş.
– Şifrəni tapdıq. Hər cümlənin ilk hərfini yan-yana düzsək, şifrə ortaya çıxacaq.
Üç qardaş həyəcanla ilk hərfləri yan-yana düzdükdən sonra şifrə məlum olur: “Bilik ən böyük xəzinədir”. Bu hal qarşısında üçü də çaşqın halda Yunus babaya baxırlar.
Kitabın flaş versiyası PDF Endir..