Qaçaq Kərəm XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan, İran, Türkiyə və Rusiyada adlı-sanlı qaçaqlardan biri olub. 1860-cı ildə Qazağın Qıraq Kəsəmən kəndində anadan olan Qaçaq Kərəm çarlıq dövründə bəylərə kəndlilərə qarşı ədalətsizliyini görür və dağlara çəkilərək mübarizə aparır. Bəylərdən aldıqlarını kəndlilərə, kasıblara paylayır. Onun bu mərdliyi dillərdə dolaşır, dastanlar qoşulur. Qaçaq Kərəm dastanı Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrdən biridir.