Kitab könüllü olaraq xeyirxah işlər görmək istəyən bir dəstə uşağın başına gələn macəralardan bəhs edir. Hər kəs xeyirxah işlər görə bilər. Lakin bunu edərkən təhlükəli işlərə girməmək, öz yaşına və gücünə uyğun işləri seçmək lazımdır. Oxucu bu kitabda uşaqların görə biləcəyi bir çox faydalı işlərlə tanış olacaq. Kitabda həmçinin valideyn və müəllimlərin sözünə qulaq asmağa diqqət çəkilir.