Kökləri təqribən min il əvvələ qədər uzanan Yəsəvilik ənənəsində bu il Əhməd Yəsəvi həzrətlərinin 850-ci ölüm ildönümüdür. Bu münasibətlə bütün dünyada anılan Xoca Əhməd Yəsəvinin həyat hekayəsinin əzbərlənib uzun qış gecələrində soba başında halqa şəklində oturan söhbət məclislərində müzakirə edilməsi, Əhməd Yəsəvi ilə təqibçilərinin həyatı haqqındakı mənqibələrin nəsildən-nəsilə ötürülməsi böyük əhəmiyyət daşıyır. Bundan ilham alaraq “Yəsəvi Atadan hekayələr” adını verərək qələmə aldığım bu heka yələrlə tarix içərisində Yəsəvi xan olaraq bilinən, müdrik böyüklərimiz tərəfindən nəql olunaraq günümüzə qədər gəlib çatan rəvayətləri yeni nəsillərə çatdırmağı arzu etdim. Əsrlər içərisində zəngin mirasa sahib olan Yəsəvilikdən hər yaş insanının nəsibini almasını istədim.
Kitabın flaş versiyası PDF Endir..